Mask Marsa süni intellektli robot göndərəcək

2025/02/1739864483.jpg
Oxunub: 343     11:29     18 Fevral 2025    
ABŞ-nin Hökumət Səmərəliliyi İdarəsinin (DOGE) rəhbəri, “SpaceX” şirkətinin təsisçisi İlon Mask 2026-cı ilin noyabr ayında Marsa süni intellektlə təchiz olunmuş robotlar göndərməyi planlaşdırır.

Ordu.az xəbər verir ki, bu haqda o, “X” səhifəsində məlumat paylaşıb.

Maskın sözlərinə əsasən, kosmik şəraitlə əlaqədar Yer və Mars arasında səyahət 26 aydan bir mümkün olur və növbəti belə bir fürsət təxminən gələn ilin noyabr ayında yaranacaq.

“Hər şey yaxşı olsa, “SpaceX” avtonom robotlar və Grok süni intellekti tədarük edilmiş “Starship” kosmik gəmilərini Marsa göndərəcək”, - deyə o bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mask   Mars   Süni-intellekt  


Bizi "telegram"da izləyin