Misir Çindən J-10CE döyüş təyyarələrinin ilk partiyasını alıb

2025/02/2025--1739862575.jpg
Oxunub: 381     13:33     18 Fevral 2025    
Misirin Çindən J-10CE döyüş təyyarələrinin ilk partiyasını aldığı bildirilir.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Qeyd edilir ki, sözügedən satınalma ölkənin hava hücumundan müdafiə strategiyasında əhəmiyyətli dəyişikliyə işarə edir və hərbi tədarükçüləri diversifikasiya etmək öhdəliyini gücləndirir.

Aviasiya müdafiə analitiki Hurin tərəfindən “X” sosial media platformasında təsdiqlənən tədarük Misirin ilk sifarişini 2024-cü il avqustun 19-da verdiyi bildirilməsindən aylar sonra baş verib.

Bu satınalma Misirin qabaqcıl silahlarla təchiz edilməsində ABŞ və Avropanın davam edən məhdudiyyətləri fonunda Qahirənin Çinlə artan hərbi əməkdaşlığını vurğulayır.

“Daily News Egypt”in xəbərinə görə, 4,5 nəsil J-10CE döyüş təyyarəsi Misirin hava üstünlüyü imkanlarını artıracaq.

Modernləşdirilmiş F-16 modelləri ilə müqayisə oluna bilən PL-15 uzun mənzilli “hava-hava” raketləri ilə təchiz edilmiş təyyarə 300 km-ə qədər məsafədəki hədəfləri vura bilir.

Bu qabiliyyət Misirə düşmən təyyarələrini və hava təhdidlərini öz hava məkanına çatmazdan əvvəl bloklamağa imkan verəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Misir   Çin   J-10CE  


Bizi "telegram"da izləyin