“Sarsılmaz” IDEX 2025 sərgisində qlobal əməkdaşlığı gücləndirməyi hədəfləyir

2025/02/1739862171.jpg
Oxunub: 310     11:15     18 Fevral 2025    
Türkiyənin qabaqcıl müdafiə sənayesi şirkətlərindən biri olan “Sarsılmaz” innovativ silah sistemləri ilə dünyanın ən prestijli müdafiə sərgilərindən biri olan IDEX 2025-də yerini alacaq.

Ordu.az xəbər verir ki, fevralın 17-21-də Əbu-Dabidə keçirilən tədbirdə mülki bazar üçün ağır pulemyotlar, piyada tüfəngləri və tapança modelləri ilə çıxış edəcək şirkət strateji əməkdaşlıqlar üçün əhəmiyyətli görüşlər keçirməyi hədəfləyir.

Uzaqdan idarə olunan silah sistemləri inteqrasiyası və müasir döyüş meydanlarına uyğun yüksək dəqiqliyə malik silahları ilə diqqət çəkən “Sarsılmaz” sərgidə SAR 762 MT, SAR 127 MT ağır pulemyotlar, MPT 76 SH, SAR 56, SAR 15T piyada tüfəngləri, SAR 74/SAR tüfəngləri ilə geniş çeşiddə məhsullar təqdim edəcək.

Bölgədə artan təhlükəsizlik ehtiyacları və strateji tərəfdaşlıq imkanları “Sarsılmaz”a Birləşmiş Ərəb Əmirlikləri bazarında effektivliyini artırmağa imkan verəcək.

Qabaqcıl sursat sistemləri və platforma inteqrasiyaları ilə ağır pulemyotlara olan sıx marağa cavab verən şirkət bu sahədəki imkanlarını beynəlxalq arenada nümayiş etdirməyə hazırlaşır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sarsılmaz   IDEX-2025  


Bizi "telegram"da izləyin