Peskov: İranın nüvə proqramı ilə bağlı məsələlər danışıqlar yolu ilə həll edilməlidir

2024/07/thumb-1721842996.jpg
Oxunub: 342     10:13     18 Fevral 2025    
İranın nüvə proqramı ilə bağlı məsələlər danışıqlar yolu ilə həll edilməlidir.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov IRNA agentliyinə müsahibəsində bildirib.

"Biz əminik ki, danışıqlar prosesinin bütün iştirakçıları siyasi iradə nümayiş etdirəcəyi təqdirdə, İranın nüvə proqramı məsələsi diplomatiya yolu ilə həll edilə bilər və həll edilməlidir", - Peskov qeyd edib.

Onun sözlərinə görə, Moskva İranın nüvə proqramı ilə bağlı problemlərin həllində Tehrana yardım göstərməyə hazırdır.

Peskov Rusiya-ABŞ danışıqlarının başlanmasının Rusiya ilə İran arasında gələcək əməkdaşlığa təsir göstərməyəcəyini vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Peskov   İran   Nüvə  


Bizi "telegram"da izləyin