Qəzza zolağının mərkəzindəki elektrik stansiyasına ilk 30 yanacaq tankeri göndərildi

2025/02/1739856613.jpg
Oxunub: 385     09:26     18 Fevral 2025    
Qəzza zolağının mərkəzini enerji ilə təmin edən elektrik stansiyasına ilk 30 yanacaq tankeri gəlib.

Ordu.az xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

2023-cü ilin oktyabrında Fələstin-İsrail münaqişəsinin kəskinləşməsindən sonra ilk dəfə olaraq Qəzza zolağının mərkəzi hissəsindəki elektrik stansiyasına yanacaqla təchiz olunmuş avtomobillər gəlib.

Bildirilir ki, stansiya bütün hərbi qarşıdurma müddətində fəaliyyət göstərməyib, lakin onun əsas obyektlərinə ciddi ziyan dəyməyib və ən qısa zamanda yenidən istifadəyə verilə bilər.

Əl-Cəzirə əlavə edir ki, Qəzza zolağındakı səlahiyyətlilər yaxın günlərdə Deyr əl-Bələh və əl-Zəveyda şəhərləri üçün elektrik enerjisi təmin etmək məqsədilə elektrik xətlərinin təmirinə başlanılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qəzza   Elektrik  


Bizi "telegram"da izləyin