İsrail demək olar bütün qoşunlarını Livanın cənubundan çıxarıb

2025/02/1739856306.jpg
Oxunub: 333     07:32     18 Fevral 2025    
İsrail ordusu yalnız beş strateji nöqtədə mövcudluğunu saxlayaraq Livanın cənubundan demək olar ki, tamamilə geri çəkilib.

Ordu.az xəbər verir ki, bu barədə İsrail hərbi radiostansiyası öz internet saytında məlumat yayıb.

“Ordu 5 məntəqə istisna olmaqla, Livanın cənubundan qoşunların çıxarılmasını müəyyən edilmiş müddətlərə uyğun olaraq başa çatdırıb”, - məlumatda deyilir.

Livanın Əl-Mənar telekanalı da İsrail ordusunun geri çəkildiyini təsdiqləyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Qoşun   Livan  


Bizi "telegram"da izləyin