Cənubi Koreya yeraltı bunkerləri vura bilən raketi silahlanmaya qəbul edib

2025/02/1739856178.jpg
Oxunub: 19482     06:10     18 Fevral 2025    
Cənubi Koreya yeraltı hədəfləri, o cümlədən bunkerləri, həmçinin dağlardakı mağaralarda və yeraltı tunellərdə yerləşdirilən uzaqmənzilli artilleriyanı vura bilən yeni taktiki yer-yer ballistik raketini silahlanmaya qəbul edib.

Ordu.az xəbər verir ki, bu barədə Yonhap xəbər agentliyi məlumat yayıb.

Məlumatda bu addımın Koreya Xalq Demokratik Respublikasından mümkün təhlükənin qarşısını almaq məqsədi daşıdığı bildirilib. Yeni taktiki ballistik raket 180 km uçuş məsafəsinə malikdir.

Cənubi Koreyada xüsusi narahatlıq doğuran məsələ ölkənin təqribən 51 milyon insanın yaşadığı paytaxt bölgəsinin Şimali Koreyanın artilleriyasının atış məsafəsində olmasıdır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cənubi-Koreya   Raket  


Bizi "telegram"da izləyin