Rusiya Milli Qvardiyasının general-mayoru korrupsiya işi üzrə həbs edilib

2025/02/1739856122.jpg
Oxunub: 365     06:09     18 Fevral 2025    
Rusiya Milli Qvardiyasının (“Rosqvardiya”) general-mayoru Konstantin Ryabıx korrupsiyaya qarşı mübarizə tədbirləri çərçivəsində həbs edilib.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Rosqvardiya”nın mətbuat xidməti məlumat yayıb.

“Bu günlərdə “Rosqvardiya”nın Baş Təhlükəsizlik İdarəsi Rusiya Federal Təhlükəsizlik Xidmətinin Hərbi Əks-kəşfiyyat Departamenti ilə birlikdə qurumun departamentlərindən birinin keçmiş rəhbəri general-mayor Ryabıx həbs edilib”, – məlumatda qeyd olunub.

Bildirilib ki, həbs korrupsiya təzahürlərinə qarşı mübarizə tədbirləri çərçivəsində həyata keçirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Milli-Qvardiya  


Bizi "telegram"da izləyin