Ordu.az xəbər verir ki, bu barədə Səudiyyə Mətbuat Agentliyinin yaydığı bəyanatda deyilib.
“Görüş zamanı iki dost ölkə arasındakı münasibətlərin müxtəlif aspektləri, eləcə də müxtəlif sahələrdə onların möhkəmləndirilməsi və inkişafı yolları nəzərdən keçirilib”, – məlumatda qeyd olunub.
Tərəflər həmçinin regionda və dünyada baş verən hadisələri, təhlükəsizlik və sabitliyin əldə edilməsi istiqamətində görülən işləri müzakirə ediblər.
Qeyd edək ki, fevralın 18-də Ər-Riyadda Rusiya və ABŞ ikitərəfli münasibətlərin bütün kompleksinin bərpasını, həmçinin Rusiya – Ukrayna münaqişəsinin həlli və Rusiya və ABŞ liderləri Vladimir Putin və Donald Trampın görüşünə hazırlıq məsələlərini müzakirə etməyi planlaşdırırlar.
Ordu.az