KİV: İsrail üç girov əvəzinə altı nəfəri azad etməyə çalışır

2025/02/1739855194.jpg
Oxunub: 296     23:36     17 Fevral 2025    
İsrail fevralın 22-də Qəzzada atəşkəs razılaşmasında nəzərdə tutulan üç girovun əvəzinə altı nəfəri azad etməyə çalışır.

Ordu.az xəbər verir ki, bu barədə “Ynet” portalı məlumat yayıb.

Bundan əlavə, İsrail HƏMAS-ın əlində olan bir neçə girovun meyitini qəbul etməyə hazırlaşır.

Qeyd olunur ki, şəxsiyyətin müəyyən edilməsi proseduruna kifayət qədər vaxt ayrılması üçün qalıqlar şənbə günündən iki gün əvvəl İsrailə aparılacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Girov  


Bizi "telegram"da izləyin