ASSAN tərəfindən hazırlanmış komando minaatanı BƏƏ-də nümayiş etdirilir

2025/02/2025--1739782093.jpg
Oxunub: 577     17:46     17 Fevral 2025    
ASSAN tərəfindən hazırlanmış komando minaatanı Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) nümayiş etdirilir.

Ordu.az xəbər verir ki, ASSAN yerli olaraq dizayn və istehsal etdiyi 60 mm-lik komando minaatanlarını BƏƏ-də keçirilən IDEX 2025 sərgisində nümayiş etdirir.

Təxminən 20 çətin sınaqdan keçən və müxtəlif şərtlərdə 400 sursatla atış sınağını müvəffəqiyyətlə tamamlayan komando minaatanları təhlükəsizlik qüvvələrinə yaxın atəş dəstəyi vermək üçün hazırlanıb.

Maksimum atış qabiliyyəti dəqiqədə 15-20 olan sistem davamlı olaraq 4-6 atış edə bilir. Sistemin lülə uzunluğu 650 mm və çəkisi 8 kq-dır.

Maksimum iş təzyiqi 250 bar olan sistem maksimum 1800 m mənzilə və 6000 atış lülə xidmət müddətinə malikdir. Bu kontekstdə mənzil və lülənin xidmət müddəti M49A2 döyüş sursatı və barıt yükündən asılı olaraq dəyişir.

BƏƏ-də nümayiş etdirəcəyi komando minaatanlarına əlavə olaraq, ASSAN 60 mm, 81 mm və 120 mm-lik minaatan istehsal edir. Sözügedən minaatanların sursatları da ASSAN tərəfindən istehsal olunur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ASSAN   BƏƏ  


Bizi "telegram"da izləyin