Ordu.az xəbər verir ki, Sinqapur dəniz təhlükəsizliyi əməliyyatlarında İDP-lərdən aktiv şəkildə istifadə etməyə başlayıb.
MARSEC adı verilən Sinqapur istehsalı 30 tonluq İDP-lər 2023-cü ildən iki nəfərlik ekipajla xidmətdədir, lakin 2025-ci ilin yanvarında tam insansız olaraq patrul missiyası yerinə yetirməyə başlayıb.
“Naval News”un verdiyi xəbərə görə, Sinqapur HDQ bu İDP-lərdən sahil təhlükəsizliyini artırmaq üçün “Independence” sinfinə məxsus sahil gəmisi ilə inteqrasiya edilmiş şəkildə istifadə edir.
MARSEC İDP-si alqoritmləri sayəsində patrul xidməti həyata keçirərək, şübhəli gəmiləri yoxlaya və müdaxilə edə bilir.
Sevinc Əliyeva
Ordu.az