Ordu.az xəbər verir ki, Yunanıstanın müdafiə şirkəti “SAS Technology” Litoxoron şəhərindəki sınaq meydançasında SRS-2A kimi tanınan “Sarisa II” PUA-sı üçün üç günlük atış sınaqlarını tamamlayıb.
Bu sınaqlar SRS-2A üçün sertifikatlaşdırma prosesinin bir hissəsi kimi həyata keçirilib.
Bundan əlavə, sınaq zamanı “Thales Belgium” tərəfindən təmin edilən həm idarə olunmayan, həm də lazerlə idarə olunan 70 mm-lik (2,75 düym) raketlərin yerləşdirmə qabiliyyəti sınaqdan keçirilib.
“Army Recognition” nəşrinin məlumatına görə, sınaqlar Yunanıstan Milli Müdafiə Nazirliyinin nəzarəti altında, proqrama texniki dəstək verən “Thales Belgium” və “Hellenic Defense Systems” (HDS) ilə əməkdaşlıq çərçivəsində həyata keçirilib.
Sevinc Əliyeva
Ordu.az