ABŞ-yə məxsus “Truman” aviadaşıyıcı gəmisinə dəyən ziyan görüntülənib - ƏTRAFLI
Oxunub: 621
17:11
17 Fevral 2025
Misirin Port-Səid şəhəri yaxınlığında “Beşiktaş-M” ticarət gəmisi ilə toqquşması nəticəsində ABŞ-yə məxsus “Truman” aviadaşıyıcı gəmisinə dəyən ziyan görüntülənib.
Ordu.az xəbər verir ki, fevralın 12-si gecə Misirin Port-Səid şəhəri yaxınlığında USS “Harry S. Truman” aviadaşıyıcı gəmisi Panama bayraqlı “Beşiktaş-M” ticarət gəmisi ilə toqquşub.
ABŞ Hərbi Dəniz Qüvvələri toqquşmadan sonra “Truman”a dəyən zərərin fotosunu paylaşıb.
Şəkildə “Truman”ın liftlərindən birinin yaxınlığındakı müşahidə göyərtəsinin aşağı hissəsinin zədələndiyi görünür. “Beşiktaş-M” gəmisinin lük qapaqlarından birinin zədələndiyi bildirilib.
Süveyş kanalı yaxınlığında manevr edərkən toqquşan iki gəminin ekipajlarının heç bir problem yaşamadığı və gəmilərin kritik zədə almadığı açıqlanıb.
“Truman” aviadaşıyıcı gəmisinin təxminən iki ay ərzində Yəmən husilərinin hava hücumlarına qarşı əməliyyatlarda iştirak etdiyi və Kritdə dincəldikdən sonra Qırmızı dənizdəki missiya yerinə geri döndüyü açıqlanıb. Gəmi 2024-cü ilin dekabrından ABŞ Mərkəzi Komandanlığının komandanlığı altında Aralıq dənizinə göndərilib.
53 min ton subasımı qabiliyyətinə malik “Beşiktaş-M” ilə toqquşan USS “Harry S. Truman” avidaşıyıcı gəmisinin təcili təmirə ehtiyacı olmadığı və Qırmızı dənizdə xidmətini davam etdirəcəyi təxmin edilir.