Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Müqavilə çərçivəsində hərbi rabitə sistemlərinin istehsalı, potensial və imkanların inkişaf etdirilməsi üçün birgə təşəbbüs şirkətinin yaradılması, İndoneziyanın İnsansız Dəniz Platforması Layihəsində ASELSAN-ın döyüş, radioelektron sistemlərinin potensial satışı məqsədilə əməkdaşlıq edilməsi nəzərdə tutulur.
Müqavilə İndoneziyada müdafiə sənayesinin daxili imkanlarını artırmaq və ASELSAN-ın bölgədəki əməkdaşlığını gücləndirməyi hədəfləyir. Bu çərçivədə ASELSAN və “Republikorp” hərbi rabitə sistemlərinin istehsalı üçün ortaq bir şirkət quracaq.
Sevinc Əliyeva
Ordu.az