Yaponiya təkmilləşdirilmiş “Type 12” raketinin kütləvi istehsalına başlayır

2025/02/1739777787.jpg
Oxunub: 473     17:09     18 Fevral 2025    
Yaponiya təkmilləşdirilmiş “Type 12” “yer-gəmi” raketinin kütləvi istehsalına planlaşdırılandan tez başlayacaq və 2025-ci il üçün müdafiə büdcəsində silah üçün maliyyə ayırıb.

Ordu.az xəbər verir ki, Yaponiya Müdafiə Nazirliyinin sözçüsü silah növünün təkmilləşdirilməsi üçün davam edən araşdırma və inkişaf etdirmə (Ar-Ge) səylərində “müsbət nəticələr” əldə edildiyini açıqlayıb.

Bu “müsbət nəticələr” haqqında heç bir təfərrüat verilməyib, lakin sözçü qeyd edib ki, nəticədə ölkə indi raketin erkən kütləvi istehsalına başlamağa hazırdır.

Sözçü Müdafiə Nazirliyinin 2025-ci maliyyə ilinin müdafiə büdcəsində 110 milyon dollar ayırdığını, açıqlanmayan sayda raket vahidlərinin alınacağını və bütün “Ar-Ge” işlərinin 2026-cı maliyyə ilinə qədər tamamlanmasının gözlənildiyini bildirib.

Buna uyğun olaraq, Yaponiya Müdafiə Nazirliyi raketlərin Yaponiya Dəniz Özünümüdafiə Qüvvələrinin (JMSDF) parkına necə paylanacağına dair vaxt qrafiki və digər detallar üzərində də işləyir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yaponiya   Type-12  


Bizi "telegram"da izləyin