MİA “Kibertəhlükəsizlik Perspektivindən Türkiyənin Nüvə Enerjisi Strategiyası” adlı hesabat dərc edib

2025/02/1739604967.jpg
Oxunub: 459     21:34     17 Fevral 2025    
Türkiyə Milli Kəşfiyyat Akademiyası (MİA) tərəfindən hazırlanan “Kibertəhlükəsizlik Perspektivindən Türkiyənin Nüvə Enerjisi Strategiyası” adlı hesabat dərc edilib.

Ordu.az xəbər verir ki, bu barədə MİA-nın verdiyi yazılı açıqlamada bildirilib.

Açıqlamaya görə, hesabatda enerji təchizatı təhlükəsizliyi, kiber təhdidlər, beynəlxalq əməkdaşlıq və daxili potensialın inkişafı kimi kritik məsələlərə toxunulub və nüvə enerjisinin Türkiyə üçün niyə əvəzedilməz bir vasitə olduğu açıqlanıb.

Hesabatda Türkiyənin enerji təchizatı təhlükəsizliyi və müstəqilliyi istiqamətində atdığı addımlarla geosiyasi mövqeyini gücləndirməyi və regional liderlik mövqeyini möhkəmləndirməyi hədəflədiyi bildirilib.

Qeyd edilib ki, “Akkuyu” Atom Elektrik Stansiyası (AES) kimi layihələr Türkiyənin enerji portfelini diversifikasiya etməklə yanaşı, həm də enerji idxalından asılılığını azaldacaq.

Vurğulanıb ki, hesabatda bütün maraqlı tərəflərə istiqamət verməklə, nüvə enerjisi sahəsində mövcud vəziyyət qiymətləndirilib, həmçinin Türkiyənin bu sahədəki potensialını tam reallaşdırmaq üçün lazımi kibertəhlükəsizlik addımları təklif edilib.

Açıqlamada nüvə enerjisinin Türkiyənin artan enerji ehtiyacının qarşılanmasında strateji rol oynadığı, lakin bu layihələrin uğurla həyata keçirilməsi üçün təhlükəsizlik, sosial qəbul və beynəlxalq standartlara uyğunluq kimi əsas elementlərin effektiv idarə olunmasını tələb etdiyi vurğulanıb.

Türkiyənin “Akkuyu” AES-i kimi layihələrin təkcə enerji istehsalı deyil, həm də strateji infrastrukturun qorunması baxımından böyük əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Akkuyu   AES  


Bizi "telegram"da izləyin