Ordu.az xəbər verir ki, Cənubi Koreyanın aparıcı müdafiə sənayesi şirkətlərindən biri olan “Hanwha Aerospace” 2024-cü ildə satışlarının 11,24 trilyon von səviyyəsinə çataraq, rekord qırdığını açıqlayıb.
Bu nailiyyət şirkəti 10 trilyon von satış həddini keçən ilk Cənubi Koreya müdafiə sənayesi firması edib, şirkətin həm ölkə daxilində, həm də dünya bazarlarında sürətli böyüməsini nümayiş etdirib.
“Defence Blog”un məlumatına görə, şirkətin 2024-cü il üçün əməliyyat mənfəəti bir əvvəlki ilə nisbətən 190,2% artaraq, 1,72 trilyon vona, xalis mənfəəti isə 160,5% artaraq, 2,54 trilyon vona çatıb.
İllik satışlar da 42,5% artaraq, “Hanwha Aerospace”in yüksəlişini gücləndirib.
Sevinc Əliyeva
Ordu.az