Pezeşkian: "Tramp İrana qarşı oyun qurur"

2025/01/1737114566.jpg
Oxunub: 526     13:47     10 Fevral 2025    
ABŞ lideri Donald Tramp İranla danışıqlara başlamaq istəyindən danışır, lakin eyni zamanda ona qarşı yeni oyunlar qurur.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.

"Tramp daim İranla danışıqlar aparmağa hazır olduğunu deyir. Eyni zamanda o, anti-İran yönümlü yeni fərmanlar imzalayır. ABŞ İranı diz çökdürmək barədə yalnız xəyal qura bilər", - o, İslam inqilabının 46-cı ildönümünə həsr olunmuş təntənəli mərasimdə bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pezeşkian   Tramp   İran  


Bizi "telegram"da izləyin