Avropa Komissiyası: ABŞ-nin Aİ mallarına rüsum tətbiq etməsi qanunsuzdur

2024/10/1729516228.jpg
Oxunub: 430     13:31     10 Fevral 2025    
ABŞ-nin Avropa mallarına rüsum tətbiq etməsi qanunsuz addım olacaq və buna görə Avropa İttifaqı (Aİ) öz maraqlarını qoruyacaq.

Ordu.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının bəyanatında deyilir.

"Rüsumların tətbiqi, xüsusilə də transatlantik ticarət və investisiyalar vasitəsilə Aİ və ABŞ tərəfindən yaradılmış dərin inteqrasiya olunmuş istehsal zəncirləri nəzərə alınmaqla, qanunsuz və iqtisadi cəhətdən əks-məhsuldar olardı. Biz Avropa biznesi, işçiləri və istehlakçılarının maraqlarını əsassız tədbirlərdən qorumaq üçün cavab verəcəyik", - bəyanatda qeyd olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ    


Bizi "telegram"da izləyin