Ordu.az xəbər verir ki, Malayziya Kral Hərbi Hava Qüvvələri (HHQ) 2025-ci ildə Küveyt HHQ-dən 30 ədəd F/A-18C/D “Hornet” döyüş təyyarəsi almağı planlaşdırır.
“Army Recognition”ın verdiyi xəbərə görə, sözügedən razılaşma bir neçə ildir müzakirə edilir. Bu kontekstdə bu nöqtədə lazım olan tək şey Küveyt və ABŞ-dən lazımi sənədləri və təsdiqləri gözləməkdir.
Satınalma Malayziya Kral HHQ-nin 2040-cı ilə qədər Çoxməqsədli Döyüş Təyyarəsi (MRCA) parkını gücləndirmək planının bir hissəsi hesab edilir. Hazırda Malayziya Kral HHQ-nin inventarında 8 ədəd F/A-18/D “Hornet” var.
Malayziyanın Küveyt “Hornet”lərini almaq istəyi 2017-ci ildən başlayır. Həmin vaxt ölkə döyüş təyyarəsi parkını gücləndirmək variantlarını araşdırırdı. Malayziya Kral HHQ hazırda “Butterworth” aviabazasındakı 18-ci Eskadrilyada 1997-ci ildə alınmış 8 ədəd iki pilotlu F/A-18D “Hornet” təyyarəsini idarə edir.
Sevinc Əliyeva
Ordu.az