Ordu.az xəbər verir ki, Antalyanın Belek Turizm Mərkəzindəki oteldə bu il dördüncü dəfə təşkil edilən Müdafiə və Aviasiya Sənayesində Qlobal Strategiyalar Konfransı sahə üzrə ekspert iştirakçıların panelləri ilə yekunlaşıb.
Tədbirdə iştirak edən “RAFF Military Textile” İdarə Heyətinin sədri Eray Yükseloğlu 1940-cı ildən hərbi, polis və yanğınsöndürən geyim və avadanlığı istehsal etdiklərini, 2000-ci ildən isə ixraca diqqət ayırdıqlarını bildirib.
Türkiyənin son illərdə müdafiə sənayesi sahəsində yaxşı təcil qazandığını bildirən Yükseloğlu özlərinin də bu sektorda tekstil sahəsinə dəstək verdiklərini qeyd edib.
Yükseloğlu bir şirkət olaraq Afrika bazarında güclü bir mövqe əldə etdiklərini açıqlayıb.
“24 ildir ki, Afrika ölkələrinə ixracat həyata keçiririk. Mavritaniyadan Madaqaskara qədər 45 Afrika ölkəsindəyik. Ordunun ehtiyac duyduğu kamuflyaj geyim, çəkmə və digər məhsulları ixrac edirik. Oraya Türkiyə keyfiyyətini ən yaxşı şəkildə daşıyırıq”, - deyə o əlavə edib.
Sevinc Əliyeva
Ordu.az