Alyaska ştatında göyərtəsində 10 nəfərin olduğu təyyarə radarlardan itib

2025/02/1738907161.jpg
Oxunub: 496     09:23     07 Fevral 2025    
Alyaska ştatının səmasında 10 nəfərin olduğu təyyarə radarlardan itib.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Anchorage Daily News” qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, “Bering Air” şirkətinə məxsus təyyarə Unalakleet şəhərindən Nome şəhərinə uçurdu. Təyyarədə doqquz sərnişin və bir pilot olub.

Hadisənin səbəbləri araşdırılır. Qəzetin qeyd etdiyinə görə, əlverişsiz hava şəraiti axtarış əməliyyatlarının aparılmasına mane olur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Alyaska   Təyyarə  


Bizi "telegram"da izləyin