İtaliya Qəzzaya 15 ton humanitar yardım göndərib

2025/02/1738904723.jpg
Oxunub: 366     09:59     07 Fevral 2025    
İtaliyanın Qəzzaya göndərdiyi 15 ton humanitar yardım Aşdod limanına çatıb.

Ordu.az xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə İtaliya Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani iştirak edib.

Nazir bildirib ki, hər birində 1 ton humanitar yardım olan 15 yük maşını “Qəzza üçün ərzaq” təşəbbüsü vasitəsilə Dünya Ərzaq Proqramı (WFP) ilə əməkdaşlıq çərçivəsində göndərilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İtaliya   Qəzza  


Bizi "telegram"da izləyin