Le Figaro: Fransanın son hərbçiləri Çadı tərk ediblər

2023/10/1697000898.jpg
Oxunub: 579     21:37     30 Yanvar 2025    
Fransa Silahlı Qüvvələri Çaddakı son hərbi bazasını yerli orduya təhvil verib.

Ordu.az “Le Figaro”ya istinadən xəbər verir ki, bu barədə hər iki ölkənin Baş Qərargahı cümə axşamı elan edib.

Bununla da Fransa hərbçilərinin Çadda mövcudluğu başa çatıb.

Çad ordusunun Baş Qərargahı ölkənin paytaxtı Ncamenadakı bazanın təhvil verilməsinin Çadın “ali hakimiyyət orqanlarının iradəsinə uyğun olaraq” Fransanın hərbi mövcudluğunun tam dayandırılması olduğunu bildirən bəyanat yayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Çad  


Bizi "telegram"da izləyin