KİV: ABŞ-də təyyarə qəzasından sağ çıxan yoxdur

2025/01/1738231722.jpg
Oxunub: 470     20:53     30 Yanvar 2025    
ABŞ-də sərnişin təyyarəsi ilə hərbi helikopterin toqquşmasından sonra sağ qalanların olmadığı ehtimal edilir.

Bu barədə Ordu.az xarici KİV-ə istinadən xəbər verir.

“Fövqəladə hallar rəsmiləri Vaşinqton ərazisində “American Airlines” sərnişin təyyarəsi ilə “Black Hawk” hərbi helikopterinin havada toqquşmasından sonra sağ qalanların olmadığını deyirlər”, - mediada qeyd olunub.

Xatırladaq ki, təyyarənin göyərtəsində 64 nəfər, helikopterdə isə 3 hərbçi olub.

Daha əvvəl “American Eagle Flight 5342” təyyarəsinin və hərbi helikopterin qalıqlarının tapıldığı Vaşinqtondakı Potomak çayından 30-dan çox meyitin çıxarıldığı bildirilmişdi.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Təyyarə   Qəza  


Bizi "telegram"da izləyin