Ordu.az CNBC nəşrinə istinadən xəbər verir ki, ABŞ HDQ öz şəxsi heyətinə “DeepSeek”in SZ modelindən istifadə etməməyi əmr edən e-poçt göndərib.
Təlimatda xəbərdarlıq edilib ki, “DeepSeek” SZ modeli mənşəyi, istifadəsi ilə bağlı potensial təhlükəsizlik və etik narahatlıqlar doğurur, heç bir şəkildə istifadə edilməməlidir.
Təlimatda qeyd edilir ki, şəxsi heyət hər hansı bir şəkildə “DeepSeek” modelini yükləmək, quraşdırmaq və ya istifadə etməkdən çəkinməlidir.
Sevinc Əliyeva
Ordu.az