Türkiyədə 23 yeni milli “Ar-Ge” layihəsinə start verilib - SİYAHI

2025/01/1738224346.jpg
Oxunub: 587     12:45     30 Yanvar 2025    
Türkiyədə 23 yeni milli “Ar-Ge” layihəsinə start verilib.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Türkiyə Silahlı Qüvvələri və Polis Qüvvələrinin ehtiyaclarını qarşılamaq üçün Müdafiə Sənayesi Komitəsi tərəfindən 23 yeni milli “Ar-Ge” layihəsinə start verilib.

Sözügedən layihələr aşağıdakılardır:

1. Bioloji Hərbi Maddələr üçün Aşkarlama və İdentifikasiya Texnologiyalarının İnkişaf Etdirilməsi (BADE) Layihəsi,
2. Səthi Təkmilləşdirilmiş Raman Spektroskopiyası Texnologiyasının İnkişaf Etdirilməsi (SAR) Layihəsi,
3. Yüksək Təzyiqli Kütləvi Spektroskopiya Əsaslı Aşkarlama Texnologiyasının (TORR) İnkişaf Etdirilməsi Layihəsi,
4. Qapalı Sahədə Sürü ilə Struktursuz Ünsiyyət Əlaqə (KAPTAN) Layihəsi,
5. Lazer Geri Yansıması ilə Qarışdırma Kodu İnkişaf Etdirmə (YANKI) Layihəsi,
6. Süni Zəka (SZ) Əsaslı Koqnitiv Radar Aşkarlama Alqoritmlərinin İnkişaf Etdirilməsi (BİLRAD) Layihəsi,
7. SZ ilə RF Qəbuledicilərində Müdaxilə Təsirlərini Aradan Qaldırma və Radar Yayımlarının Ayrılması (BERAY) Layihəsi,
8. Birgə Sürü Qabiliyyətinin Əldə Edilməsi (TORAMAN) Layihəsi,
9. Dərin Möhkəmləndirməli Öyrənmə Əsaslı Hibrid Raket İdarəetmə Sistemlərinin İnkişaf Etdirilməsi (CANBAZ) Layihəsi,
10. Yüksək Sıxlıqlı Çox Hədəf İzləmə Mühitləri üçün Öyrənmə Əsaslı Çoxölçülü Tapşırıq (ATAKAN) Layihəsi,
11. Ağıllı Kəşfiyyat Köməkçisi Sistemi (KURMAY ZEKÂ) Layihəsi,
12. Koaksial Pilotsuz Uçuş Aparatı ilə Yerdə Müşahidə, Aşkarlama və Havadan İzləmə Qabiliyyətinin İnkişaf Etdirilməsi (BAYKUŞ) Layihəsi,
13. Fəlakətlər və Fövqəladə Hallar üçün SZ Dəstəkli Situasiya Məlumatlandırma Sistemi (HIZIR-NET) Layihəsi,
14. Zəlzələnin Erkən Aşkarlanması (DETAM) Layihəsi üçün Axtarış Başlığı Maqnitometrinin və “Fluxgate” Maqnitometrinin İnkişaf Etdirilməsi və Tətbiqi (DETAM) Layihəsi,
15. Seysmik Akustik Canlı Aşkarlama Cihazının İnkişaf Etdirilməsi (SATES) Layihəsi,
16. Dağıntı Görüntüləmə Sistemi (EGS) Layihəsi,
17. Termal Qoruma Materialı (KALKAN) Layihəsi,
18. Qrafen Əsaslı Çevik Elektrod Materiallarının İnkişaf Etdirilməsi (EGE) Layihəsi,
19. Özünü Kopyalaya Bilən/Təmir Edə Bilən Nano/Mikro Material Texnologiyalarının İnkişaf Etdirilməsi (ZAHİDE) Layihəsi,
20. Soyuq Atom Əsaslı Ətalətli Sensor İnkişaf Etdirilməsi (SOĞUK ATOM) Layihəsi,
21. Rubidium (Rb) Atom Saatının İnkişaf Etdirilməsi (SUN) Layihəsi,
22. Modulyar Birgə Naviqasiya Sistemi (MORS) Layihəsi,
23. “Doppler” Sürət Qeydi İnkişaf Etdirilməsi (DHL) Layihəsi.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Ar-Ge  


Bizi "telegram"da izləyin