Fransa ordusu ilk MEPAC zirehli vasitəsini təhvil alıb

2025/01/1738220923.jpg
Oxunub: 573     16:41     30 Yanvar 2025    
Fransanın Müdafiə Tədarükü Agentliyi 54 ədəd MEPAC zirehli vasitəsindən ilkini Fransa ordusuna təhvil verdiyini açıqlayıb.

Ordu.az xəbər verir ki, vasitə ordunun hərbi təchizatının işlək vəziyyətdə saxlanılmasına cavabdeh olan 8-ci Təchizat Alayının “Satory” dəstəsinə təhvil verilib.

“Mortier Embarque Pour l’Appui au Contact”ın qısaltması olan MEPAC müdafiə sənayesi istehsalçıları KNDS “France”,” Thales” və “Arquus” konsorsiumu tərəfindən istehsal edilən “Griffon” çoxməqsədli zirehli platformasının bazası əsasında hazırlanan özüyeriyən sistemdir.

Ordunun imkanlarını modernləşdirmək üçün “Scorpion” proqramı çərçivəsində bütün parkın 2028-ci ilin sonuna qədər təhvil verilməsi gözlənilir.

Hər bir platforma hərbi vasitələrə inteqrasiya olunmuş radioelektron sistemlərə aid olan ümumi “Scorpion vetronics” ilə təchiz olunub.

Ərazi tipli MEPAC yaxın təmas ssenarilərində sürətli dolayı atəş dəstəyi təmin etmək üçün nəzərdə tutulub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   MEPAC  


Bizi "telegram"da izləyin