Xorvatiya Ukraynaya 12-ci yardım paketini göndərəcək

2025/01/1738212972.jpg
Oxunub: 380     23:33     29 Yanvar 2025    
Ukrayna hərbi və iqtisadi dəstək istəyir, bu səbəbdən Xorvatiya Kiyevə 12-ci yardım paketini göndərəcək.

Ordu.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bunu Xorvatiyanın Baş naziri Andrey Plenkoviç ukraynalı həmkarı Denis Şmıhalla birgə keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, Ukrayna Xorvatiya qoşunlarının döyüş bölgəsinə göndərilməsini tələb etmir.

Bununla belə, Zaqreb Ukrayna Ordusuna yardımı davam etdirəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Xorvatiya  


Bizi "telegram"da izləyin