Trampın bəzi fərmanları ABŞ ordusunda panika yaradıb

2025/01/1737740865.jpg
Oxunub: 582     20:32     29 Yanvar 2025    
ABŞ Prezidenti Donald Tramp administrasiyasının qərarları Amerika ordusunda xaosa səbəb olub.

Ordu.az xəbər verir ki, bu barədə “Politico” nəşri mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, bir sıra qərarların qəbulundan sonra ordunun baş qərargah rəisi general-leytenant Lora Potter müxtəliflik və inklüzivliklə bağlı müraciətlərin dondurulmasını və ya dayandırılmasını tələb edib.

Bu, ABŞ-nin hərbi təchizat departamentində çaxnaşmaya səbəb olub və nəticədə bütün sövdələşmələr dondurulub.

Lakin sonradan bu qərar ləğv edilib.

Bundan əlavə, ordudakı bəzi zabitlər postlarını itirməkdən qorxurlar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ  


Bizi "telegram"da izləyin