Ukrayna ordusu üçün yeni kamikadze PUA-sı hazırlanıb

2025/01/1738157761.jpg
Oxunub: 599     17:22     29 Yanvar 2025    
Ukrayna Silahlı Qüvvələri üçün yeni kamikadze tipli Pilotsuz Uçuş Aparatı (PUA) hazırlanıb.

Ordu.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Finlandiyanın “Insta” müdafiə şirkəti məlumat yayıb.

"Insta” şirkəti PUA və patentli partlayıcı maddənin kombinasiyasının yeni, daha effektiv versiyasını hazırlayıb. Yeni tip PUA hələlik yalnız Ukrayna bazarı üçün əlçatandır, lakin gələcəkdə Avropa və NATO ölkələrində satışa çıxarılacaq", - məlumatda qeyd olunur.

“Insta Steel Eagle” adlı kamikadze PUA-sının köməyi ilə qurğunun alt hissəsinə bərkidilən partlayıcı maddə hava vasitəsilə hədəfə çatdırıla və onun üzərində partladıla bilər. Polad və ya volfram kürəciklərdən ibarət olan partlayıcı maddənin qəlpələri təxminən 2 min kvadratmetr sahəyə (40x50 metr sahə) səpələnə bilər. Partlayıcı maddənin çəkisi təxminən 3,6 kiloqramdır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   PUA  


Bizi "telegram"da izləyin