Ukrayna rəsmisi: "ABŞ-dən hərbi yardım almağa davam edirik"

2025/01/1738144216.jpg
Oxunub: 459     13:38     29 Yanvar 2025    
Ukrayna ABŞ Prezidenti Donald Trampın yardımın üç ay müddətinə dayandırıldığını elan etməsinə baxmayaraq, hərbi dəstək almağa davam edir.

Ordu.az xəbər verir ki, bunu Ukraynanın Dezinformasiya ilə Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko bildirib.

"ABŞ-nin Ukraynaya hərbi yardımı davam edir", - o qeyd edib.

A.Kovalenkonun sözlərinə görə, hərbi yardımın dayandırılması barədə mətbuatda yayılan məlumatlar həqiqətə uyğun deyil.

Yanvarın 21-də Ağ Evdə bildiriblər ki, Tramp yardım proqramlarının ABŞ-nin xarici siyasətinə uyğunluğunu qiymətləndirmək üçün digər ölkələrə göstərilən yardımın 90 gün müddətinə dayandırılması barədə fərman imzalayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   ABŞ  


Bizi "telegram"da izləyin