Peskov Rusiya nümayəndə heyətinin Suriyada apardığı danışıqları şərh edib

2024/03/1711425553.jpg
Oxunub: 404     13:30     29 Yanvar 2025    
Kreml Rusiya nümayəndə heyətinin Suriyanın yeni hakimiyyət orqanları ilə apardığı danışıqları şərh edib.

Ordu.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov Rusiya nümayəndə heyətinin Suriyaya səfərini vacib adlandırıb.

“Bu, vacib səfərdir. Bu mühüm təmasdır. Suriya hakimiyyəti ilə daimi dialoq qurmaq və təmas saxlamaq lazımdır, hansı ki, biz bunu edirik və bundan sonra da edəcəyik", deyə Putinin mətbuat katibi vurğulayıb.

Qeyd edək ki, Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov və prezidentin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentiyev Dəməşqə səfər edib və Suriyanın yeni rəhbərliyi ilə görüş keçirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Peskov   Rusiya   Suriya  


Bizi "telegram"da izləyin