Kreml: Putinə sui-qəsd hazırlığı ilə bağlı sübutsuz iddialara inanmaq olmaz

2024/12/1735204032.jpg
Oxunub: 460     13:20     29 Yanvar 2025    
Kreml amerikalı jurnalist Taker Karlsonun Bayden administrasiyasının Rusiya Prezidenti Vladimir Putinə sui-qəsd hazırlaması ilə bağlı bəyanatını növbəti dəfə şərh edib.

Ordu.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov Karlsonun məlum iddiasına sübut təqdim etmədiyini, belə məlumatlara inanmamağın daha yaxşı olduğunu söyləyib.

“Bilirsiniz, biz Karlson bu barədə danışarkən onun nə demək istədiyini tam başa düşmürük. O, heç bir sübut təqdim etməyib və ona görə də onun dediklərini şərh etmək iqtidarında deyiləm. Çünki nəyin nəzərdə tutulduğu bəlli deyil. İndi elə vaxtdır ki, dəlilsiz, kim olursa olsun, heç kimin sözünə inanmamaq daha yaxşıdır”, deyə Peskov vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Putin   Sui-qəsd  


Bizi "telegram"da izləyin