Ordu.az xəbər verir ki, bu barədə “Defence Blog” nəşri məlumat yayıb.
ABŞ Prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı mübahisəli açıqlamaları NATO-nun əsas müttəfiqi olan Danimarka ilə gərginlik yaradıb və ABŞ-nin ən böyük müdafiə proqramlarından biri olan F-35 Birgə Hücum Təyyarəsinin gələcəyi ilə bağlı suallar doğurub.
Ötən həftə Tramp Danimarkanın Baş naziri Mette Frederiksen ilə 45 dəqiqəlik mübahisəli telefon danışığı aparıb.
“Financial Times”a danışan beş hazırkı və keçmiş avropalı rəsmi bu telefon danışığını hərarətli və qarşıdurma kimi qiymətləndirib.
Sevinc Əliyeva
Ordu.az