KİV: İsrail ABŞ-nin Suriyadan qoşunlarını çıxarması planlarından narahatdır

2025/01/1738141095.jpg
Oxunub: 403     12:56     29 Yanvar 2025    
İsrail ABŞ-nin Suriyadan qoşunlarını çıxarmaq niyyətindən ciddi narahatdır.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Kan” dövlət teleradio şirkəti məlumat yayıb.

Məlumata görə, Ağ Evin rəsmiləri İsrail nümayəndələrinə ABŞ Prezidenti Donald Trampın Suriya ərazisində olan minlərlə Amerika əsgərinin çıxarılmasında maraqlı olduğunu bildiriblər. “Kan” qeyd edir ki, bu addım xüsusilə "Suriyadakı kürd azlığına təsir edəcək".

İsrailin müdafiə naziri İsrael Katz yanvarın 28-də Hermon dağının zirvəsində ordu mövqeyinə baş çəkərkən bildirib ki, hərbçilər Suriya ilə sərhəddəki bufer zonada və Qolan təpələrindəki Hermon dağ massivinin Suriya hissəsində qeyri-müəyyən müddətə qədər qalacaqlar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   ABŞ   Suriya  


Bizi "telegram"da izləyin