Ordu.az xəbər verir ki, razılaşmanın məqsədi SIRTAP platformasının LHD-nin digər sistemləri, məsələn, SCOMBA döyüş sistemi ilə qarşılıqlı fəaliyyətini təmin etməkdir.
Şirkətlər bu əməkdaşlığın İspaniyanın milli müdafiə sənayesini gücləndirmək və onun strateji suverenliyinə töhfə vermək məqsədlərinə xidmət edəcəyini vurğulayıblar.
Müqavilə LHD “Juan Carlos I”də SIRTAP-ın maketi və Hərbi Dəniz Qüvvələrinin nümayəndələrinin iştirakı ilə imzalanıb.
Birgə bəyanatda qeyd olunub ki, bu təşəbbüs SIRTAP və LHD “Juan Carlos I” arasında tam inteqrasiya olunmuş sistemi inkişaf etdirməklə, əməliyyat çevikliyini artırmaq, missiya imkanlarını təkmilləşdirmək və hər iki platformanın effektivliyini artırmaq məqsədi daşıyır.
Sevinc Əliyeva
Ordu.az