Ordu.az xəbər verir ki, bu barədə “Axios” nəşr məlumat yayıb.
Mövzu ilə bağlı məlumatı olan üç mənbə “Axios”a bildirib ki, ABŞ ordusu bu həftə İsraildəki anbarından 90-a yaxın “Patriot” HHM raketini Ukraynaya çatdırmaq üçün Polşaya daşıyıb.
Ukraynaya daha çox “Patriot” raketləri çatdırmaq Pentaqon üçün Kiyevin Rusiyanın Ukraynanın kritik infrastrukturuna hücumlarından qorunmasına kömək etmək baxımından əsas prioritetdir.
Bu, eyni zamanda təxminən üç il əvvəl Rusiyanın müdaxiləsindən sonra İsraildən Ukraynaya ən əhəmiyyətli silah tədarüküdür.
Sevinc Əliyeva
Ordu.az