Ordu.az Almaniya mətbuatına istinadən xəbər verir ki, sualtı qayıqlar üçün İnteraktiv Müdafiə və Hücum Sistemi (IDAS) “Marine Systems” və “Diehl Defence” tərəfindən birgə hazırlanacaq.
Məftillə idarə olunan zenit raketi olan bu sistem sualtı mövqedən hava təhdidlərini vurur.
Hər iki şirkətin müştəriləri sistemdən istifadə edə biləcəklər.
Sistem raket, buraxılış konteyneri və döyüş sisteminin inteqrasiyasından ibarətdir, sualtı qayıq heyəti tərəfindən potensial təhlükə aşkar edildikdə, sistem işə salınmağa hazır vəziyyətdə saxlanılır.
Sevinc Əliyeva
Ordu.az