İsrail ordusu qeyri-müəyyən müddətə Hermon dağının Suriya hissəsində qalacaq

2024/11/1732856593.jpg
Oxunub: 455     02:24     29 Yanvar 2025    
İsrail həbrçiləri Suriya ilə sərhəddəki bufer zonada və Colan təpələrində Hermon dağının Suriya hissəsində qeyri-müəyyən müddətə qalacaq.

Ordu.az-ın məlumatına görə, bu barədə ölkənin müdafiə naziri İsrael Katz Hermon dağının zirvəsində ordu mövqeyinə səfəri zamanı bildirib.

"İsrail ordusu Colan təpələrinin və <...> İsrailin şimal hissəsinin təhlükəsizliyini təmin etmək üçün Hermon dağında və bufer zonada qeyri-müəyyən müddətə qalacaq. Biz [İsrail] düşmən qüvvələrin Suriyanın cənubundakı təhlükəsizlik zonasında yerləşməsinə icazə verməyəcəyik və istənilən təhlükəyə qarşı hərəkət edəcəyik", - deyə nazir bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Suriya  


Bizi "telegram"da izləyin