Rusiya nümayəndə heyəti Dəməşqdə Suriya administrasiyasının rəhbəri ilə danışıqlar aparıb

2025/01/1738057989.jpg
Oxunub: 392     01:16     29 Yanvar 2025    
Rusiyanın nümayəndə heyəti Dəməşqdə Suriya administrasiyasının rəhbəri Əhməd əl-Şara ilə danışıqlar aparıb və danışıqlar təxminən üç saat davam edib.

Ordu.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər nazirinin müavini Mixail Boqdanov jurnalistlərə açıqlamasında deyib.

"Görüş ümumilikdə yaxşı keçib. Rəsmi nahar da daxil olmaqla üç saat davam edib. Söhbətə əsasən Suriyanın müvəqqəti hökumətinin yeni administrasiyasının rəhbəri Əhməd əl-Şara rəhbərlik edib. Danışıqlarda xarici işlər naziri Əsad əl-Şeybani, səhiyyə naziri Əhməd əl-Şaranın böyük qardaşı Mahir əl-Şara da iştirak ediblər. Bütövlükdə görüş konstruktiv keçib və xoş ab-hava hökm sürüb. Amma biz vəziyyətin nə qədər çətin olduğunu başa düşürük”, - deyə Boqdanov bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Suriya  


Bizi "telegram"da izləyin