ABŞ prezidenti Donald Tramp Netanyahunu Ağ Evdə görüş keçirmək üçün dəvət edib

2020/01/AP192-1578561924.jpg
Oxunub: 568     00:26     29 Yanvar 2025    
ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Benyamin Netanyahunu fevralın 4-də Ağ Evdə görüş keçirmək üçün dəvət edib.

Ordu.az-ın məlumatına görə, bu barədə İsrail baş nazirinin mətbuat xidməti bildirib.

"ABŞ prezidenti Donald Tramp baş nazir Benyamin Netanyahunu çərşənbə axşamı, fevralın 4-də Ağ Evdə görüşə dəvət edib. Baş nazir Netanyahu Donald Trampın ikinci dövründə Ağ Evə dəvət edilən ilk xarici liderdir", - deyə qeyd olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Netanyahu  


Bizi "telegram"da izləyin