Ordu.az xəbər verir ki, bu barədə “Defence Industry EU” nəşri məlumat yayıb.
Şirkət səylərini PUA-lar, xüsusilə zərbə PUA-ları və bu sistemlər üçün nəzərdə tutulmuş xüsusi sursatlar üzərində cəmləşdirib.
“Yugoimport”, həmçinin tank əleyhinə raketləri və pulemyotları zərbə PUA-larına inteqrasiya etməklə, müasir müharibədə tətbiqlərini daha da genişləndirmək üzərində işləyir.
Bu hərtərəfli yanaşma Serbiyanın müdafiə sənayesinin innovasiyalara sadiqliyini və hərbi texnologiyada yaranan tendensiyalara uyğunlaşma qabiliyyətini vurğulayır.
Sevinc Əliyeva
Ordu.az