İsrail Təhlükəsizlik Kabineti Qəzza razılaşmasının təsdiqi üçün toplanacaq

2024/05/1716441145.jpg
Oxunub: 870     21:50     15 Yanvar 2025    
İsrail Təhlükəsizlik Kabineti Qəzza razılaşmasını təsdiqləmək üçün toplanacaq.

Bu barədə Ordu.az İsrailin "Kan" dövlət teleradio şirkətinə istinadən xəbər verir.

Qeyd edilir ki, kabinetin toplantısı yanvarın 16-da səhər saatlarında baş tutacaq.

Bundan əvvəl "Əl-Qahira Əl-İxbariya" telekanalı mənbələrə istinadən məlumat yayıb ki, Qəzza zolağında atəşkəs razılaşması əldə olunub.

Məlumata görə, razılaşma vasitəçilərin bir neçə saatlıq gərgin fəaliyyətindən sonra bağlanıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Qəzza  


Bizi "telegram"da izləyin