İsrail Baş nazirinin ofisi HƏMAS-ın Qəzzada atəşkəs təklifini qəbul etdiyi iddialarını təkzib edib - YENİLƏNİB

2024/09/1725427195.jpg
Oxunub: 556     17:44     15 Yanvar 2025    
İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi HƏMAS-ın Qəzzada atəşkəs təklifini qəbul etdiyi iddialarını təkzib edib.

Ordu.az xəbər verir ki, bu barədə Baş nazirin ofisi məlumat yayıb.

“Məlumatların əksinə olaraq, HƏMAS hələ də razılaşmaya öz cavabını verməyib”, - Baş nazirin ofisi qeyd edib

***

HƏMAS Qəzzada atəşkəs və girovların qaytarılması bağlı razılaşmaya "yaşıl işıq" yandırıb.

Ordu.az xəbər verir ki bu barədə İsrail rəsmiləri “Jerusalem Post”a bildiriblər.

“HƏMAS razılaşmanı davam etdirmək üçün "yaşıl işıq" yandırıb”, - məlumatda qeyd edilib.

Rəsmilər bunu əhəmiyyətli irəliləyiş və bu gecə və ya sabah yekun razılaşmaya nail olmaq cəhdi kimi dəyərləndirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin