NATO gəmiləri Fin körfəzinə daxil olub

2024/01/42db7-1705942506.jpg
Oxunub: 573     16:04     15 Yanvar 2025    
Gəmilərin hərəkətinin monitorinqini aparmaq məqsədilə Fin körfəzinə iki NATO gəmisi daxil olub.

Ordu.az xəbər verir ki, bu məlumatı “Yle” yayıb.

Məlumata görə, müşahidə missiyasının təyin olunması üçün əsas zəmin Milad bayramı mövsümündə dənizdən keçən bir neçə elektrik naqili və telekommunikasiya kabellərinin müəmmalı şəkildə kəsilməsi olub. NATO bu kimi halları “kölgə donanması” kimi qələmə verdiyi Rusiya gəmilərinin fəaliyyəti ilə əlaqələndirir.

NATO bundan savayı Baltik dənizinə də bir neçə hərbi gəmi, sualtı-qayıq, kəşfiyyatçı təyyarə və sualtı-dronlar göndərib.

Xatırladaq ki, yanvarın 14-də NATO baş katibi Mark Rütte “Baltik Qvardiyası” adlı layihənin işə salındığını elan edib. Layihədə məqsəd kritik vacib infrastrukturun, o cümlədən qaz –boru xəttlərinin, elektrik naqilləri və rabitə naqillərinin zədələnməsinin qarşısının alınmasıdır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO-gəmiləri   Fin-körfəzi  


Bizi "telegram"da izləyin