Ordu.az xəbər verir ki, şirkət xüsusilə AESA əsaslı radar texnologiyaları sahəsində dünya miqyasında əhəmiyyətli mövqeyə çataraq, radar dizaynı və istehsalı üzrə aparıcı mərkəzlərdən birinə çevrilib.
Son illərdə radar texnologiyaları sahəsindəki uğurları ilə beynəlxalq sifarişlərdə ciddi sürət qazanan ASELSAN artan tələbatı qarşılamaq üçün 50 milyon ABŞ dolları sərmayə ilə həyata keçirdiyi Radar İnteqrasiya Mərkəzini ilin əvvəlində istifadəyə verib.
Bu yeni mərkəz şirkətin istehsal gücünün və səmərəliliyinin əhəmiyyətli dərəcədə artırılmasını təmin edib.
ASELSAN planlaşdırılan sifarişlərə və böyümə hədəflərinə uyğun olaraq mövcud radar istehsal gücünü üç dəfə artıracaq yeni obyektin inşasına da başlayıb.
Ümumi qapalı sahəsi 73 min kvadratmetr olacaq bu obyektin 2027-ci ilin sonuna qədər tamamlanması planlaşdırılır.
Sevinc Əliyeva
Ordu.az