4 yeni oyunçu Türkiyənin “bürcü”nə qoşulub

2025/01/2025--1736939562.jpg
Oxunub: 561     16:11     15 Yanvar 2025    
“SpaceX Falcon 9” raketi ilə “Transporter 12” missiyasında 4 yeni peyk göndərən “Plan-S”in “Connecta IoT Network” bürcündəki peyk sayı 8-ə çatıb.

Ordu.az xəbər verir ki, “Türkiyənin ən sürətlə böyüyən kosmik şirkəti” kimi fəaliyyət göstərən “Plan-S” portfelinə yeni peyk aktivləri əlavə edib.

2021-ci ilin iyulunda Ankarada qurulan, peyk və kosmik texnologiya şirkətləri arasında tez bir zamanda beynəlxalq diqqəti cəlb edən “Plan-S” peyk əsaslı “IoT” (əşyaların interneti) rabitə xidmətlərini təmin edəcək “Connecta IoT Network” bürcünün 4 peykinin ikinci partiyasını “SpaceX Falcon 9” raketi ilə “Transporter 12” missiyasında orbitə göndərib.

Vandenberq Kosmik Mərkəzindən buraxılan “Connecta IoT” peyklərindən ilk siqnallar kosmosa buraxıldıqdan qısa müddət sonra qəbul edilib və peyklərin istismara verilməsi üçün işlərə başlanılıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   SpaceX   Transporter   Plan-S  


Bizi "telegram"da izləyin