Ordu.az xəbər verir ki, Aİ Komissiyasının texnologiya üzrə vitse-prezidenti Henna Virkkunen və Aİ-nin ticarət və iqtisadi təhlükəsizlik üzrə komissarı Maros Şefçoviç ABŞ administrasiyasının SZ üçün istifadə edilən qabaqcıl çiplərin ixracını sərtləşdirməyə yönəlmiş yeni tənzimləməsi ilə bağlı birgə bəyanat yayıblar.
“Biz ABŞ-nin bəzi Aİ üzv dövlətlərinə və şirkətlərinə qabaqcıl SZ çiplərinin ixracına girişi məhdudlaşdıran tədbirlərindən narahatıq”, - deyə bəyanatda qeyd olunub.
Açıqlamada Aİ-nin heç bir məhdudiyyət olmadan qabaqcıl SZ çiplərini almasının iqtisadi və təhlükəsizlik baxımından ABŞ-nin marağında olduğu ifadə edilib, Aİ-nin xüsusilə təhlükəsizlik sahəsində ABŞ ilə sıx əməkdaşlıq etdiyi xatırladılıb.
Aİ ölkələrinin ABŞ üçün təhlükəsizlik riski yaratmadığı və iqtisadi imkanlar təklif etdiyi bildirilib.
Sevinc Əliyeva
Ordu.az